Rusiya Ukraynada müharibə istəyə bilər, lakin bu, onun qalib gəlməsi demək deyil. Müharibə bir həftə, bir ay və ya daha çox davam etsə belə, mən Ukraynanın qalib gələcəyinə tam inanıram.
7NEWS.Az-ın xəbərinə görə, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken Litvaya səfəri zamanı deyib.
O qeyd edib ki, NATO şərq cinahını gücləndirməyə davam edəcək.
"ABŞ Avropadakı mövcud hərbi birləşmələrinə 7 min nəfər daha əlavə edib. Yaxın günlərdə isə əlavə 400 nəfər Litvaya göndəriləcək”, - ABŞ Dövlət katibi vurğulayıb.
Blinkenin sözlərinə görə, alyans Baltikyanı ölkələrə əlavə olaraq "F-35” döyüş təyyarələrini də təqdim edəcək.
7NEWS.Az








