RU
ABŞ dövlət katibinin müavini Ermənistan XİN başçısı ilə görüşüb
15:10
361

ABŞ dövlət katibinin müavini Ermənistan XİN başçısı ilə görüşüb

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş olub.

7News.Az TASS-a istinadən xəbər verir ki, bu bardə Ermənistan XİN məlumat yayıb.

Bildirilir ki, tərəflər Cənubi Qafqazdakı durumu, o cümlədən Azərbaycan və Ermənistan liderlərinin Soçi və Brüssel görüşlərində əldə olunmuş razılıqların icrasını müzakirə ediblər.

Ermənistan XİN başçısı, həmçinin həmsöhbətinə Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi barədə məlumat verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ