Bu barədə "The Washington Post” qəzeti yazır.
Mətbu orqanının yazdığına görə, Abdel Qani Baradar artıq Qətərdən Əfqanıstanın Qəndahar vilayətinə gəlib. Baradar Taliban liderlərindən biri kimi çox böyük siyasi təsir gücünə malikdir.
Sabiq Alman diplomatı, Əfqanıstan üzrə mütəxəssis Tomas Ruttinq "The Washington Post”a açıqlamsında Baradar siaysi nüfuz qazanmasına səbəb isə onun Pakistan həbsxanasında əldə etdiyi təcrübə olub. Onun Pakistanda həbsdə olması "siyasi legitinmliyini” qəbul etdirən amil olub. Ruttinq bildirib ki, bir çoxları Talibanı Pakistanın təsir dairəsində olan təşkilat kimi göstərməyə cəhd etsə də, ancaq Baradarın təcrübəsi ona İslamabaddan asılı olmayan, müstəqil fəaliyyət göstərəcəyinə imkan verir.
"Bundan əlavə olaraq 2020-ci ildə Dohada ABŞ hökuməti ilə keçirilən danışıqlarda Taliban nümayəndə heyətinə məhz Baradar rəhbərlik edib və o şəxsən zamankı ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb. Bütün bu faktorlar onun bir yetkin siyasətçi kimi Taliban hökumətinə rəhbərlik etməsinə imkan yaradır. Ona görə də Baradar Taliban hakimiyyətində böyük təsirə malik şəxs olacaq. Ancaq onun rolu yetərincə dəyərləndirilmir- Ruttinq qeyd edib.
Mətbu orqanının yazdığına görə, Baradarın Qəndahara dönüşündə çoxsaylı ağ ciplərdən ibarət kortej müşaiyət edib. Minlərlə əfqanlı isə onu qarşılamaq üçün küçələrə çıxıb. Onun Əfqanıstana dönüşü avqustun 17-də bəlli olub.
"The Washington Post” onun da yazıb ki, hələlik hakimiyyəti əlində cəmləşdirib konsolidasiyanı təmin edəcəyi barədə indidən bir fikir söyləmək çətindir. O hakimiyyətə gələcəyi zaman hansı siaysi xətti yürüdəcəyi bəlli deyil. Amma bununla belə o açıqlamalarında daha çox liberal mövqe sərgiləyəcəyini bəyan edib.
7NEWS.Az








