RU
ABŞ əhalisinin orta yaşı sürətlə artır
11:43
34

ABŞ əhalisinin orta yaşı sürətlə artır


ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, ölkə əhalisinin orta yaşı tarixin ən yüksək səviyyəsinə çatıb. 

7NEWS.az xəbər verir ki, ABŞ-ın Siyahıyaalma Bürosunun bu yaxınlarda açıqladığı statistik məlumatlara görə, amerikalıların orta yaş həddi 1980-ci ildə 30 idisə, 38 yaşdan yuxarıdır. 2022-ci ilin iyul ayına qədər olan dövrü əhatə edən məlumatlar göstərdi ki, ABŞ əhalisi getdikcə qocalır və ölkədəkilər daha az uşaq sahibi olur. 

Məlumatlara görə, orta yaş həddi ən yüksək olan ştatlar Men (44,8) və Nyu-Hempşir (43,3), ən aşağı ştatlar isə ölkədə ən yüksək doğum səviyyəsinə malik Yuta (31,9) və Texas (35) ştatları olub. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ