7NEWS.az xəbər verir ki, ABŞ Baş Qərargah rəisi general Mark Millinin ardınca ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Maykl Erik Kurilla da Suriyanın şimal-şərqinə səfər edib. CENTCOM-dan verilən yazılı açıqlamada Kurillanın səfərinin martın 8-də baş tutduğu bildirilib. Bildirilib ki, ABŞ komandiri bölgədə "ABŞ əsgərləri və terror təşkilatı DEAŞ ilə mübarizə kontekstində əsas rol oynayan yerləri” ziyarət edib.
7NEWS.az








