ABŞ prezidenti Donald Trampın mayın 12-də İeranla bağlanacaq nüvə sazişindən imtina etmək istəməsi etirazlara səbəb olub.
7news.Az xarici mediaya istinadən xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahunun İranın gizlicə nüvə proqramına davam etməsini söyləməsindən sonra vəziyyət gərginləşib. Trampın sazişdən imtina edəcəyi, Netanyahunun isə Tehranı dəstəkləyən Vladimir Putinlə görüşəcəyi gözlənilir. İran prezidenti Həsən Ruhani isə Vaşinqtonun mayın 12-nə planlaşdırılan sazişdən geri çəkiləcəyi halda "peşman olacağını” deyib:
"Müdafiə silahlarımızla bağlı məsələləri heç kimlə müzakirə etmirik. Özümüzü müdafiə etmək üçün necə bir qərara gəlməyimiz heç kimi maraqlandırmır. Vaşinqton geri çəkilərsə, böyük tarixi peşmanlıq yaşayacaq”.
7news.Az







