ABŞ İraqın Kərkük şəhərinin İŞİD-in nəzarətində olan Riyad bölgəsinə gizli şəkildə ordu yerləşdirib.
7news.az xəbər verir ki, bu sözləri İraq parlamentinin Təhlükəszilik və Müdafiə komitəsinin sədri Hakim Zamili deyib.
“ABŞ-ın hərbi qüvvələri dünən gecə İraq hökumətinin məlumatı olmadan Riyad bölgəsinə ordu yerləşdirib. Bu, ABŞ tərəfindən həyata keçirilən ilk əməliyyat deyil. Havicə bölgəsində də buna bənzər əməliyyat həyata keçirilib”, - Zamili qeyd edib.
7news.az








