RU
ABŞ hər gün 9000 nəfəri Əfqanıstandan evakuasiya etməyi planlaşdırır
23:00
1876

ABŞ hər gün 9000 nəfəri Əfqanıstandan evakuasiya etməyi planlaşdırır

ABŞ hər gün 9000 nəfəri Əfqanıstandan evakuasiya etməyi planlaşdırır.

Bunu Pentaqonun sözçüsü Con Kirbi mətbuat konfransında deyib.

Con Kirbi bildirib ki, ABŞ-ın Əfqanıstandan amerikalıların və həssas əfqanların təxliyəsi missiyası avqustun 31-dək davam edəcək.

O, Kabil hava limanının artıq təhlükəsiz olduğunu və bu səbəbdən ABŞ-ın hər saat bir evakuasiya uçuşu və gün ərzində ən azı 9000 nəfərin təxliyəsini planlaşdırdığını deyib. Ancaq Pentaqon sözçüsü ayın sonuna qədər nə qədər adamın təxliyə ediləcəyi barədə məlumat verməyib./apa

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ