ABŞ hərbçiləri razılaşmalara əməl olunmasına nəzarət etmək üçün Qəzza zolağına yerləşməyə başlayıblar.
Bu barədə CNN telekanalı ABŞ Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat verib.
Məlumata görə, hərbçilərin bir hissəsi daha əvvəl dislokasiya olunduqları Yaxın Şərq ölkələrindən, digərləri isə ABŞ qüvvələrinin yerləşdiyi digər regionlardan gəliblər. Təxminən 200 nəfərdən ibarət tam ABŞ kontingenti oktyabrın 12-dək Qəzza zolağına yerləşdiriləcək. Ehtimal edilir ki, monitorinq mərkəzinin yaradılması bir neçə gündən bir neçə həftəyə qədər çəkəcək.
Mərkəzin əsas məqsədi xaotik vəziyyətlərin qarşısını almaq və humanitar təşkilatların səmərəli fəaliyyətini təmin etmək olacaq.
Xatırladaq ki, oktyabrın 9-u səhər saatlarında İsrail və HƏMAS arasında sülh planının birinci mərhələsi imzalanıb. Atəşkəs razılaşması isə həmin gün Bakı vaxtı ilə saat 13:00-da qüvvəyə minib.








