ABŞ Hərbi Qüvvələri son günlər Yəməndə "Əl-Qaidə" terror qruplaşmasının mövqelərinə bir neçə zərbə endirib.
Bu barədə ABŞ-ın Yaxın Şərq üzrə komandanlığının qərargahı xəbər verib.
Məlumata görə, zərbələr yanvarın 20-22-də Əl-Beyd vilayətinə endirilib. Nəticədə beş yaraqlı məhv edilib.
Hədəf "Əl-Qaidə" Ərəbistan yarımadasında" qruplaşmasının silahlıları olub. Qərargahdan bildirilib ki, ABŞın və onun müttəfiqlərinin, habelə Birləşmiş Ştatların tərəfdaşlarının "Əl-Qaidə" tərəfindən gözlənilən təhlükələrdən qorunması davam etdiriləcək. Terrorçuların Yəməndən sığınacaq kimi istifadə etmələrinə imkan verilməyəcək./report
7news.Az








