7NEWS.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrindən verilən yazılı açıqlamada, Kaliforniya axtarış-xilasetmə qruplarının göyərtəsində 5 dənizçinin olduğu itən helikopteri axtardığı bildirilib.
Bildirilib ki, CH-53E Super Stallion tipli helikopter Las-Veqas yaxınlığındakı Creech Hava Qüvvələri bazasından havaya qalxaraq, dünən gecə gəlməsi lazım olan Miramar Dəniz Piyadaları Hava Stansiyasına çatmayıb. Göyərtəsində 5 dəniz piyadasının olduğu helikopterin sonuncu dəfə San Dieqo şəhər mərkəzindən təxminən 56 kilometr şərqdə yerləşən dağlıq bölgə olan Pine Valleydə göründüyü bildirildi. Hərbi Dəniz Qüvvələri San Dieqo Şəhristanı Şerif Departamentindən və Mülki Hava Patrulundan kömək istəyərkən, Şerif departamenti axtarış işləri üçün bölgəyə öz helikopterini göndərməyə çalışdığını, lakin atmosfer çayı fırtınası səbəbiylə oraya çata bilmədiyini açıqladı. ərazini vurdu.
7NEWS.az








