RU
ABŞ hərbi yükləri Azərbaycandan keçəcək
22:30
650

ABŞ hərbi yükləri Azərbaycandan keçəcək

Qazaxıstan parlamenti cari ilin ilk yarımilliyində hərbi yüklərin Qazaxıstandan Əfqanıstana  daşınması ilə bağlı ABŞ-la bağlanmış sazişi ratifikasiya etməlidir.

Bu barədə Beynəlxalq və Regional Əməkdaşlıq Tədqiqat İnstitutunun  direktoru, Qazaxıstanın aparıcı politoloqu Bulat Sultanov "Kursiv” jurnalına verdiyi müsahibədə danışıb.

Onun sözlərinə görə, saziş artıq imzalanıb, hərbi yüklərin Gürcüstandan və Azərbaycandan daşınacağı bildirilir. Ekspert ABŞ-ın bununla bağlı Rusiya ilə də razılığa gələ biləcəyini istisna etmir./oxu

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ