RU
ABŞ hökumətini devirməyə cəhd etdilər - Trampdan ŞOK AÇIQLAMA
14:20
298

ABŞ hökumətini devirməyə cəhd etdilər - Trampdan ŞOK AÇIQLAMA

"2016-cı il prezident seçkilərinə Rusiyanın müdaxilə etməsi ilə bağlı aparılan araşdırma hökumətimizi və ölkəmizi devirməyə təşəbbüs idi. Qanundankənar dövlət çevrilişinə cəhd idi”.

 Bunu ABŞ prezidenti Donald Tramp deyib.

Tramp xüsusi təyinatlı prokuror Robert Müller tərəfindən aparılan araşdırmanı onun şəxsiyyətini və hökumətini hədəf alan "cadugər ovu” adlandırıb.

Prezident bildirib ki, bütün araşdırmalaran sonra onun əleyhinə heç bir nəticə çıxmayıb və bu, onu haqlı göstərir: "Bu araşdırma Amerika xalqına haqsızlıqdır. Əgər bunu Respublikaçılar, Demokratlar Partiyası etsəydi, əgər bunu Barak Obamaya qarşı etsəydilər, hazırda həbsdə 100 nəfər olardı. Bu, vətən xainliyi sayılardı. Bu xainliyin başqa heç bir prezidentin başına gəlməsinə icazə verə bilmərik. Burada ən günahsız insan mənəm. Milyonlarla sənədə baxdılar və heç bir şey tapmadılar. Rusiyanın 2016 seçkilərinə təsiri sıfırdır”.

Qeyd edək ki, 2016-cı ilin noyabr ayında ABŞ-da keçirilən prezident seçkilərində Trampın seçki kampaniyası komandası ilə Rusiya arasında gizli əməkdaşlıq olduğu iddiaları yayılmışdı. Bu iddialardan sonra aparılan araşdırmalar 17 may 2017-ci il tarixində bitmişdi. Ədliyyə Nazirliyi Trampın prezident olmasında Rusiyanın köməyi olduğuna dair hər hansı dəlil tapılmadığını Konqresə bildirmişdi./publika

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ