ABŞ-ın Nyu-York şəhərində 29 nəfərin yaralanması ilə nəticələnən partlayışı törədən şəxs tutulub.
7news.Az "Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, həmin şəxsin Əfqanıstandan olan 28 yaşlı Əhməd Rahami olduğu bildirilir.
Şübhəli şəxs Nyu-Cersidə polislə insident nəticəsində saxlanılıb.
7news.Az









