RU
“ABŞ-ı dövlət kimi tanımırıq”
22:15
310

“ABŞ-ı dövlət kimi tanımırıq”

“Krım Respublikası və xalqı ABŞ-ı dövlət kimi tanımır”.

Bunu Krım rəhbəri Serqey Aksenov ABŞ-ın vitse-prezidenti Cozef Baydenin “Krımı Rusiyanın ərazisində yarımada kimi tanımırıq” sözlərinə cavab olaraq deyib.

O, Baydenin çıxışını nağıl adlandırıb: “Biz də nə Amerikanı, nə də Ukrayna hökumətini tanımadığımızı bəyan edirik. Ukrayna vətəndaşları bizim müttəfiqlərimiz və dostlarımızdır”.

Xatırladaq ki, 2014-cü il martın 18-də Krım muxtar respublikasının və Sevastopol şəhərinin Rusiya Federasiyasının tərkibinə daxil olması haqqında müqavilə imzalanıb. Müqaviləni Vladimir Putin, Krım Ali Şurasının sədri Vladimir Konstantinov, muxtar respublikanın Baş naziri Sergey Aksyonov və Sevastopol Şəhər Şurasının sədri Aleksey Çalıy imzalayıblar./qafqazinfo

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ