ABŞ-ın yeni prezidenti Donald Trampla Tayvan lideri Tsay İnven arasında baş tutan tarixi telefon danışığı birmənalı qarşılanmayıb.
Bəzi dairələr iddia edir ki, telefon danışığı "Ağ Ev”lə razılaşdırılmayıb və bu ABŞ-Çin əlaqələrinə mənfi təsir edə bilər. Donald Tramp Tayvan lideri ilə telefonda danışdığını sosial media vasitəsiylə yayımladığı mesajında təsdiq edərək, danışıq əlaqəsinin İnvenin təşəbbüsü ilə baş tutduğuna işarə edib.
Pekin məsələ barədə açıqlama verərək qeyd edib ki, Çin ABŞ-ın bu ölkəyə qarşı siyasətini dəyişdirəcəyini düşünmür.
Qeyd edək ki, 1979-cu ildə ABŞ-ın Tayvanla diplomatik əlaqələri kəsməsindən sonra bu iki ölkənin lideri arasında baş tutan ilk telefon danışığıdır. Tayvan beynəlxalq siyasi və iqtisadi baxımdan Çinə aiddir.








