7NEWS.az xəbər verir ki, ABŞ-ın "Apple” şirkəti bazardakı mövqeyindən sui-istifadə etdiyinə görə Avropa İttifaqından (Aİ) 1,8 milyard avro cərimə alıb. Aİ Komissiyası Apple-ın iPhone və iPad istifadəçilərinə AppStore vasitəsilə musiqi axını proqramlarının paylanması bazarındakı mövqeyindən sui-istifadə etdiyinə görə cərimələndiyini açıqlayıb.
7NEWS.Az








