ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası innaqurasiyaya qədər bir çox ölkədəki səfirlərinin geri çağırılması ilə bağlı sərəncam verib.
7news.Az xəbər verir ki, bu barədə The New York Times amerikalı diplomatlıara istinadən belə məlumat yayıb.
Nəşrin yazdığına görə, bu, uzun illər sonra diplomatlara möhlət vermədən istefaya göndərilməsini nəzərdə tutan qərar olacaq. Qərara səbəb kimi həmin ölkədəki səfirlərin siyasi motivlə təyin edilməsi göstərilir.
Diplomatların sözlərinə görə, sərəncamda qeyd edilir ki, bütün səfirlər istisnasız olaraq vəzifələrindən getməlidirlər. Bununla da, Vaşinqton bir neçə aylıq Almaniya, Kanada, Böyük Britaniya kimi vacib ölkələrdə diplomatlarsız qala bilər.
7news.Az








