RU
ABŞ-ın BMT-dəki səfiri Türkiyə-Suriya sərhədinə gedəcək
18:50
535

ABŞ-ın BMT-dəki səfiri Türkiyə-Suriya sərhədinə gedəcək

ABŞ-ın BMT-dəki səfiri Türkiyə-Suriya sərhədinə gedəcək.

7NEWS.Az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki Nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, səfir Linda Tomas-Qrinfild mayın 9-da Bab əl-Həva sərhəd-keçid məntəqəsini ziyarət etmək üçün Türkiyəyə səfər edəcək.

Amerikalı diplomat Türkiyədə yaşayan suriyalı qaçqınlara baş çəkəcək, Suriyadakı insanlara dəstək verən QHT tərəfdaşları və BMT-nin Türkiyədəki nümayəndələri ilə görüşlər keçirəcək.

Səfir, həmçinin Türkiyə rəsmiləri ilə görüşərək, Türkiyənin sərhədyanı yardımın asanlaşdırılmasında rolunu müzakirə edəcək.

Səfir Linda Tomas-Qrinfild mayın 10-da Avropa İttifaqının sədrliyi ilə Brüsseldə keçiriləcək "Suriyanın və regionun gələcəyinin dəstəklənməsi, Brüssel VI konfransı”nda Birləşmiş Ştatların nümayəndə heyətinə rəhbərlik etmək üçün Belçikaya səfər edəcək.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ