ABŞ-ın cənub-qərbində isti dalğası 110 milyondan çox insana təsir edib, 38 şəhərdə temperatur rekordlarını qıracağı gözlənilir.
7NEWS.az xəbər verir ki, temperatur Kaliforniyada 53,9, Las-Veqasda 47,2, Arizonada 43, Texasda 38 dərəcəyə çatıb. Milli Meteorologiya Xidməti (NWS) ABŞ-ın cənub-qərbindəki isti dalğasını "indiyə qədər baş verən ən şiddətli hava hadisələrindən biri" kimi təsvir edib. NWS, ABŞ-ın digər cənub ştatlarında da temperaturun artacağını bildirib.
7NEWS.az








