RU
ABŞ-ın çip istehsalçısı “Micron” Hindistana investisiya edəcək
13:00
58

ABŞ-ın çip istehsalçısı “Micron” Hindistana investisiya edəcək


ABŞ-ın mikroçip istehsalçısı "Micron” Technologies, Hindistanda yeni yarımkeçiricilərin montajı və sınaq qurğusunun tikintisinə 825 milyon dollara qədər sərmayə qoyacağını açıqladı. 

7NEWS.az xəbər verir ki, "Micron”dan verilən açıqlamada bildirilib ki, şirkət Hindistanın Qucarat şəhərində yeni montaj və sınaq obyekti qurmağı planlaşdırır. Açıqlamada deyilir ki, "Micron”un yeni qurğusu yerli və beynəlxalq bazarların tələbini ödəyəcək, Qucaratda yeni montaj və sınaq qurğusunun mərhələli tikintisinə bu il başlanması gözlənilir. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ