İraq Kürd Regional Rəhbərliyinin (KRQ) Ərbil şəhərində ABŞ əsgərlərinin yerləşdiyi hərbi bazaya PUA-dan hücum edilib. Hücum nəticəsində bazada yanğın baş verib.
7NEWS.az xəbər verir ki, İraqın Ərbil şəhərinin Harir qəsəbəsində yerləşən ABŞ-ın rəhbərlik etdiyi İŞİD koalisiyasının bazasına bomba yüklü pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil edilib. İraq Kürd Regional Rəhbərliyinin (KRG) Terrorla Mübarizə İdarəsi rəsmi "Facebook” səhifəsində məsələ ilə bağlı açıqlama yayıb.
7NEWS.az








