7NEWS.az xəbər verir ki, ABŞ-a məxsus döyüş təyyarəsi Çin materiki ilə Koreya yarımadası arasında yerləşən Sarı dənizdə qəzaya uğrayıb. Hərbi mənbələrdən əldə edilən məlumata görə, Cənubi Koreyada yerləşdirilən ABŞ qüvvələrinə aid F-16 tipli döyüş təyyarəsinin təlim uçuşu üçün paytaxt Seulun cənubundakı Kunsan Hərbi Hava Qüvvələri bazasından havaya qalxdıqdan sonra qəzaya uğradığı öyrənilib. Təyyarə qəzaya uğramazdan əvvəl tullanmağı bacaran pilot Cənubi Koreya sahil mühafizəsi tərəfindən sağ-salamat xilas edilib.
7NEWS.az








