7NEWS.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, federal büdcə kəsiri oktyabrın 1-dən başlayan maliyyə ilinin ilk yeddi ayında azalıb. Bununla belə, bütün bu il üçün kəsir, yəqin ki, keçən ilki kəsirdən çox olacaq. İlk 7 ayda kəsir 855 milyard dollar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% azalıb. Adətən iri vergi ödənişlərinin həyata keçirildiyi aprel ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz artımla 210 milyard dollarlıq profisit verilib.
7NEWS.az








