7NEWS.az xəbər verir ki, İraqın qərbində yerləşən Ənbarda ABŞ əsgərlərinin yerləşdiyi Ayn əl-Əsəd hava bazasına raket zərbəsi endirilib. İraq təhlükəsizlik mənbələri bazaya 4 raket atıldığını bildirib. Hücumdan sonra bölgədə axtarış və tarama fəaliyyətlərinə başlayan təhlükəsizlik qüvvələri, Ənbarın əl-Sərsar bölgəsində bir raketatan qurğu tapdı, lakin hücumun bazada dağıntı və ya can itkisinə səbəb olub olmadığına dair məlumat verməyib.
7NEWS.az








