ABŞ-ın iki kəşfiyyat təyyarəsi Kalininqrad üzərində uçub.
7news.Az-ın Lenta.ru-ya istinadla verdiyi xəbərə əsasən, Qərb aviasiya resurslarının monitorinqinin məlumatında qeyd edilir ki, Amerikanın Hərbi Hava Qüvvələrinin RC-135V kəşfiyyat təyyarələrindən biri İngiltərənin Mildenholl aviabazasından uçaraq Kalininqrad üzərində 3 saat uçub.
Digər təyyarə isə Estoniyanın Emari aviabazasından uçaraq Baltik dənizi üzərində bir neçə saat dövr edib.
7news.Az







