RU
ABŞ-ın Moskvadakı səfirliyinin binası yaxınlığında güclü YANĞIN – 1 ölü, 9 yaralı
16:16
418

ABŞ-ın Moskvadakı səfirliyinin binası yaxınlığında güclü YANĞIN – 1 ölü, 9 yaralı

Rusiyanın paytaxtı Moskvanın qərbində yerləşən Yaroslavl prospektində yerləşən iki mərtəbəli binada güclü yanğın çıxıb.

Yanğın nəticəsində 1 nəfər ölüb, 9 nəfər isə yaralanıb.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, yanğının söndürülməsi 3 saata yaxın davam edib.

Yanğın bu gün səhər saat 08:45-də tamamilə söndürülüb. Yanğın binada 700 metrlik ərazini yararsız hala salıb.

Qeyd edək ki, bir sıra media orqanları yanğının Moskvanın Novinski prospektində yerləşən ABŞ-ın Rusiyadakı səfirliyi binasında çıxdığını yazıb. Ancaq Rusiyanın FHN-i yayılan bu xəbərləri təkzib edib.

Onu da bildirək ki, yanğın çıxan Yaroslavl prospekti ilə ABŞ səfirliyi yerləşən Novinski prospekti bir-birinə yaxın ərazidədir./publika

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ