ABŞ-ın müdafiə naziri Lloyd Ostinin problemi ilə bağlı müalicə aldığı xəstəxanadan fevralın 11-də buraxılıb.
7NEWS.az xəbər verir ki, Pentaqonun sözçüsü tərəfindən edilən yazılı açıqlamada Ostinin dekabrın 22-dən bu yana 3 dəfə aparıldığı Valter Rid Beynəlxalq Hərbi Tibb Mərkəzindən evə göndərildiyi bildirilib. Açıqlamada Ostinin sağalmağa davam etdiyi və vəzifələrini tam şəkildə yerinə yetirdiyi, həkimlərin məsləhəti ilə bir müddət evdən işləyəcəyi bildirilib.
7NEWS.az








