ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən Ənənəvi Türk Festivalı bu il də böyük marağa səbəb olub.
7NEWS.az xəbər verir ki, Vaşinqton Türk-Amerika Dərnəyi (ATA-DC) tərəfindən hər il təşkil edilən Türk Festivalı bu il Pensilvaniya prospektində, Konqres binasının qarşısında keçirilib. Festivala Türkiyənin Vaşinqtondakı səfiri Hasan Murat Mercan da gəlib, stendləri ziyarət edib, iştirakçılarla xatirə şəkli çəkdirib.
7NEWS.az








