RU
ABŞ-ın PYD üçün göndərdiyi zirehli texnika - FOTO
23:20
492

ABŞ-ın PYD üçün göndərdiyi zirehli texnika - FOTO

ABŞ Suriyada İŞİD-ə qarşı qurduğu və əsas sütununu YPG-nin təşkil etdiyi Suriya Demokratik Qüvvələrinə bir həftə əvvəl göndərdiyi zirehli maşınların fotolarını dərc edib.

7news.Az avropa.info-ya istinadən xəbər verir ki, zirehli maşınların verilməsini təsdiq edən sənəddə son alıcı qrafasına Kobani yazılıb.

"Amerikanın səsi" radiosunun veb səhifəsində verilən məlumata görə texnika sabiq ABŞ prezidenti Barak Obama dönəmində alınıb, təhvil işi isə Donald Trampın hakimiyyəti dövrünə düşüb. Əl qumbaralarına qarşı müdafiəsi olan zirehli maşınlar Kanada şirkəti tərəfindən istehsal olunub.
"Amerikanın səsi"nə müsahibə verən PYD komandiri Telal Silo Tramp hakimiyyətə gəlməsi ilə özlərinə göstərilən hərbi yardımın artdığını deyib:

"Prezident Obama dövründə bizə daha çox yüngül silahlar və sursat verilirdi. İndi isə bomba yüklü avtomobil hücumlarına qarşı zirehli texnika göndərildi".

Kanada şirkəti tərəfindən istehsal olunan 4X4-lük zirehli maşınlar münaqişə zonalarına tam təchiz olunmuş 10 əsgər daşıya bilmək qabiliyyətinə malikdir. Avtomobilə pulemyot, raket, minaatan quraşdırmaq mümkündür. Bundan əlavə yanğınsöndürən sistemi, termal görüntülü sistemi, kameraları, uzaq məsafəli işıqları da var.

BMT tərəfindən istifadə olunan avtomobil ballistik və partlayış təzyiqə davam gətirə, yerə basdırılmış minalara qarşı müdafiə sisteminə malikdir.

7news.Az



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ