Qərb dövlətlərinin, ələlxüsus da ABŞ-ın illər uzunudur davam etdirdiyi neomüstəmləkəçi siyasət artıq az qala bütün dünyanı öz cənginə almaqdadır.
Dayanmırlar. Həqiqətən. Durmadan, yorulmadan davam edirlər.
Zorakı üsullarla hakimiyyət dəyişmək, ərazi bütövlüyü pozmaq, iqtisadiyyatı çökdürmək, işğal etdikləri dövlətlərin milli sərvətlərini transmilli korporasiyalar tərəfindən talan etmək artıq bir estafet halı alıb, ənənəyə, prioritetə çevrilib.
Çünki “ərəb baharı”, “maydan hərəkatı”, “zanbaq inqilabı” - kimi adlarla komuflyaj edilmiş proses ağızlarında, dişlərinin dibində tam qoydu, onları daha da azğınlaşdırdı, yeni faciələrin təməlini, bünövrəsini bəlirlədi.
Və ABŞ çox gözəl anlayırdı ki, bu estafeti “uğurla” irəlilətmək, öz iradəsinə uyğun davam etdirmək üçün 2 prinsipial vəzifənin öhdəsindən mütləq bir şəkildə gəlməlidir: 1) Hədəf dövlətlər humanitar fəlakətlə - “miqrant böhranı” ilə üz-üzə qoyulmalıdır 2) “5-ci kolon” üzvləri bəlli (məlum) ölkələrin ictimai-siyasi həyatına gec olmadan sızdırılmalıdır.
Diqqət edin: Şimali Afrika, eyni zamanda Yaxın, Orta Şərqdən qaçqın və köçkün düşən kütlənin böyük bir hissəsi müharibələrdən, aclıqdan, səfalətdən xilas olmaq üçün hara üz tutdu? – Avropaya. Zatən Qərbə lazım olan da bu idi. Ki, niyyətinin ilkin mərhələsini “uğur”la icra edib nəticəyə varsın.
Amma deyim, burada da ikibaşlı oyun sərgilənirdi. Niyə? – Çünki ABŞ bilirdi ki, müharibə başlasa Şimali Afrika və Yaxın Şərqlə (keçmişə nəzərən) illər uzunu metropoliya-koloniya münasibətlərində olan Avropa avtomatik olaraq miqrant axınına tuş gələcək. Digər bir tərəfədən rəsmi Vaşinqtonda arxayındırlar ki, qaçqınlar ordusu okeanı üzüb, ABŞ-a pənah gətirməyəcəklər. Yəni ki, onlar özləri bu problemə kənardan tamaşa edəcəklər.
Və elə düşündükləri kimi də oldu. Avropanın sabit və rifahlı inkişafı bilavasitə yolla da olsa təhdid altında qaldı. Rusiya və Ukraynanın fonunda post-sovet dövlətlərinə qarşı (məzmun fərqli olsa da) “səlib yürüşü” təşkil edildi. Nəticə isə ortalıqdadır.
Ayrıca, ən qəribə olan bilirsinizmi nədir? – Bayaq qeyd etdiyim göz doyumunun olmaması. Və ya ABŞ-ın bəlli dairələri, xüsusilə də bu humanitar fəlakətdən nəticə çıxarmayan qüvvələr müəyyən beynəlxalq QHT-lərin və “5-ci kolon”un vasitəsilə Azərbaycan kimi sabit və inkişaf edən ölkələri də həmin xaosun girdabına sürükləməyə cəhd edirlər, bu kontekstdə əllərindən gələni əsirgəmirlər. Üstəlik, son dərəcə riyakarca!
Səbəb isə sadədir: Azərbaycanın müstəqil siyasəti, ölkədəki sabitlik, iqtisadi uğurlar, dünyada getdikcə artan nüfuzumuz bu dairələri qıcıqlandırır.
Həm də görünən budur ki, düşündüyümüzdən, bildiyimizdən, təxmin etdiyimizdən daha çox qıcıqlandırır! Hazırda Azərbaycana qarşı təşkil olunan kampaniyanın əsas səbəbi də məhz bu amildir. Və nə təəssüf ki, artıq həmin kampaniya ənənəvi olaraq müşahidə etdiyimiz formatdan çıxıb.
Yəni ABŞ, Almaniya və Böyük Britaniyanın bəlli KİV-ləri ilə məhdudlaşmır. Dövriyyəyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan İtaliyanın, Azərbaycan investisiyalarında maraqlı olan bəzi Balkan ölkələrinin KİV-ləri də girib.
Daha doğrusu onlar da zorən, məcburən çirkin anti-Azərbaycan kampaniyasına cəlb edilib. Yenə də ABŞ tərəfindən! Fəqət nəticə olmayacaq. Çünki xəbis niyyətlərə, məkrli planlara qarşı fundamental immunitetimiz var.
Qara buludlar isə mütəqillik dönəmindən ta bu zamana qədər başımız üzərindən zatən çəkilməyib. Hər uğursuz cəhddən, fiaskodan, ifşadan sonra da bu işi təşkil edənlər sakitləşmək məcburiyyətində qalıblar. İndi də elə: Yorulub, bezib, uduzub qayıdacaqlar.
Anti-Azərbaycan kampaniyası öz hədəfinə çatmayacaq. Dövlət və PREZİDENT yerindədir – ona görə! /gun.az
7News.Az
7News.Az








