RU
ABŞ-ın sualtı gəmisi tutuldu – QALMAQAL
01:40
665

ABŞ-ın sualtı gəmisi tutuldu – QALMAQAL

Çinin Hərbi-Dəniz Qüvvələrinə məxsus hərbi gəmi ABŞ-ın pilotsuz sualtı gəmisini tutub.

Hadisə dekabrın 15-də Subik Bey körfəzinin şimal-qərbində baş verib.

ABŞ-ın nümayəndələrinin sözlərinə görə, pilotsuz aparat "USNS Bowditch" okeanoqraf gəmisi tərəfindən suya buraxılıb.

"Bu suveren haqlarla qorunmuş gəmi idi. Onun üzərində ingilis dilində aydın şəkildə yazılmışdı ki, onu sudan çıxarmaq lazım deyil. Bu, Amerika mülkiyyətidir”, - deyə Amerika məmuru CNBC telekanalına bildirib.

Onun sözlərinə görə, sualtı gəmidən okeanoqrafiya məlumatlarının toplanması üçün istifadə olunurdu.

Məlumata görə, Vaşinqton diplomatik kanallarla Pekinə etirazını bildirib. Amerikalı məmur Çin tərəfinin hələ cavab vermədiyini söyləyib./publika

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ