7NEWS.az xəbər verir ki, Diqqətli Google Xəritə istifadəçiləri pilotsuz təyyarənin "Manta Ray" adlı peyk şəklini görüblər. Kaliforniyadakı Port Hueneme dəniz bazasına yerləşdirilən pilotsuz təyyarəni göstərən peyk fotoşəkilləri sosial mediada yayıldıqdan qısa müddət sonra saytdan silinib. ABŞ Hərbi Dəniz Qüvvələrinin uzun mənzilli sualtı silahların yaradılması layihəsi çərçivəsində Northrop Grumman şirkəti tərəfindən istehsal edilən Manta Ray, yanacaq doldurmadan çox uzun müddət dənizin dibində qala bilir.
7NEWS.az








