RU
ABŞ-ın Suriya ilə bağlı “B” planı məlum oldu
12:11
895

ABŞ-ın Suriya ilə bağlı “B” planı məlum oldu

ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi (CİA) və onun regional müttəfiqlərinin Suriyada atəşkəsin pozulacağı təqdirdə işə salacaqları “B” planının detalları məlum olub.

7News.Az xəbər verir ki, bu barədə Wall Street Journal məmurlara istinadən məlumat yayıb.

Məlum olub ki, atəşkəs rejimi ləğv edilərsə, Amerika xüsusi-xidmət orqanları Suriya müxalifətini daha güclü silahlarla təchiz edəcək. Həmin silahlar hökumət təyyarələri və artilleriya mövqelərinə zərbə endirməyə imkan verəcək.  

Qeyd edək ki, fevralın sonların bəri Suriyada atəşkəs rejimi davam edir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ