Rəsmi Vaşinqton oktyabrın sonuna qədər Rakkanı İŞİD terrorçularından tamamilə təmizləmək niyyətindədir.
Şəhər azad edildikdən sonra ABŞ-ın növbəti fəaliyyəti barədə dəqiq plan yoxdur.
"NBC" kanalının xəbərinə əsasən, ABŞ prezidentinin administrasiyası Suriyadakı əməliyyat planı üzərində işi bitirməyib. Çünki Suriyada hakimiyyətin kimə ötürülməsi barədə fikir ayrılığı var.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli də daxil olmaqla konservatorlar Bəşər Əsədin hakimiyyətdən getməsini istəyirlər. Digər tərəf isə Suriyanın "regionun əhəmiyyətli hissəsini udacaq qara dəliyə çevrilməsinin" qarşısını alacaq yeganə adamın Bəşər Əsəd olduğunu deyir.
Bundan başqa ABŞ şərqi Suriyaya nəzarətin Dəməşqə və ya İrana qayıtmasının qarşısını almalıdır.
Hərbi və diplomatik müşavirlər administrasiyaya Türkiyə ilə korlanan münasibətlərlə bağlı tədbirlər görməyi məsləhət görürlər. Çünki rəsmi Ankara ilə zəifləyən münasibətlər ABŞ-ın maraqlarına cavab vermir./olke.az
7news.Az








