İyulun 8-də ABŞ-ın Texas sahillərini "1-ci kateqoriya" intensivliyi ilə vuran Beril qasırğası nəticəsində ölənlərin sayı 36-ya yüksəlib.
7NEWS.az xəbər verir ki, qasırğanın gətirdiyi güclü külək və yağışlar səbəbiylə Texasın bəzi bölgələrində bölgədəki küçələr su altında qalarkən, günlərlə 3 milyon insanı təsir edən elektrik enerjisində də fasilələr yaşanıb. Qasırğa səbəbindən ştatın hər yerində, xüsusilə Hyuston şəhərində çoxlu ağac yollara aşıb, çoxlu sayda ev və iş yerinə ziyan dəyib. Səlahiyyətlilər qasırğa nəticəsində ştatda 9, Fort Bend qraflığında 9 və Hyustonda 11 nəfərin ümumilikdə 36 nəfərin öldüyünü bildirib.
7NEWS.az








