RU
ABŞ-ın Türkiyədəki səfirliyi bağlandı - Yenilənib
10:23
598

ABŞ-ın Türkiyədəki səfirliyi bağlandı - Yenilənib

Bu gün ABŞ-ın Ankaradakı səfirliyi bağlanıb.
 
7News.Az xəbər verir ki, bu barədə ABŞ səfirliyinin "Twitter"dəki səhifəsində məlumat yerləşdirilib.

Bildirilib ki, ABŞ-ın Ankaradakı səfirliyi, həmçinin İstanbul və Adanadakı konsulluğu bu gün bağlanıb. Bildirilir ki, bu gün iş günü olmayacaq.

***

Türkiyədə silahlı şəxs ABŞ-ın Ankaradakı səfirliyinə hücum etmək istəyib.
 
7News.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, polis hücum edən şəxsin qarşısını ala bilib. 

O, səfirliyin binasına atəş açıb. Polislərin müdaxiləsindən sonra onu saxlamaq mümkün olub.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, ötən gün Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov güllələnərək öldürülüb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ