RU
ABŞ-ın Ukraynadakı səfirliyi fəaliyyətini bərpa edib
20:00
419

ABŞ-ın Ukraynadakı səfirliyi fəaliyyətini bərpa edib

ABŞ səfirliyinin əməkdaşları Ukraynada fəaliyyətini bərpa etmək məqsədilə Lvov şəhərinə qayıdıb.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Krinstin Kvin mayın 2-də bildirib.

"Biz qayıtmağımıza şadıq. Ukraynalılara yardım etmək üçün burada bütün imkanlardan istifadə edəcəyik”, - o, Lvovda keçirdiyi mətbuat konfransında deyib.

Qeyd edək ki, Rusiyanın hərbi müdaxiləsindən sonra ABŞ səfirliyini Kiyevdən Ukraynanın qərbindəki Lvov şəhərinə, oradan isə Polşaya köçürmüşdü.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ