ABŞ-ın Ukraynaya verdiyi təqribən 76 milyard dollarlıq dəstək hərbi, humanitar və maliyyə yardımı olaraq üçə bölünsə də, bu yardımın 44,4 milyard dolları hərbi yardımlardan ibarətdir.
7NEWS.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden 2021-ci il yanvarın 20-də vəzifəyə gəldikdən bəri ABŞ Ukraynaya 44,4 milyard dollar hərbi yardım göstərib, bu yardımın 43,7 milyard dolları isə Rusiya-Ukrayna müharibəsinin başladığı 24 fevral 2022-ci ildən bəri verilib. Ukrayna-Rusiya müharibəsi davam edərkən, ABŞ Ukraynaya ən çox yardım göndərən ölkə oldu.








