7NEWS.az xəbər verir ki, ABŞ Kosmik Sistemlər Komandanlığına (SSC) "USSF-51" missiyası rəsmən başlayıb.
Missiya çərçivəsində ABŞ-ın gizli hərbi yükünü kosmosa daşıyacaq aerokosmik mühəndislik şirkəti United Launch Alliance-a (ULA) aid Atlas V raketi ABŞ-ın Florida əyalətindəki Cape Canaveral Kosmik Qüvvələri Stansiyasından uğurla buraxılıb.
Son buraxılışın Atlas V raketi ilə ABŞ üçün 58-ci və son milli təhlükəsizlik missiyası olduğu açıqlansa da, daşınan yük və ya təyinat yeri haqqında ətraflı məlumat paylaşılmayıb.
7NEWS.az








