Amerikanın 45-ci prezidenti Donald Tramp həm ABŞ, həm də dünya üçün fərqli bir profilə malikdir. Onu fərqli edən sistemin içərisindən gəlməməsi və mübahisəli bir xarakterə sahib olmasıdır.
Dünyanın "əmlak kralı" sayılan Donald Trampın həyat hekayəsi:

70 illik həyatı boyu müxtəlif layihələrə imza atıb. Adminstrator, əmlakçı, daha sonra inşaat sahəsinə daxil olub. Demək olar ki, dünyanın hər yerində məşhur "Trump towers” binalarını inşa etdirib. Trump televiziya proqramı hazırlayıb, kitab yazıb. Və nahayət siyasətə qoşulub…
D. Tramp 1946-cı ildə Nyu-Yorkda əmlakçı ailəsində dünyaya gəlib. O, məktəbi bitirmədən hərbi akademiyaya yazılıb. Oranı bitirdikdən sonra atasının şirkətində çalışmağa başlayıb.
O, ilk böyük əmlak işinə 1973-cü ildə imza atıb - Nyu-Yorkun mərkəzində 290 mənzilli 18 mərtəbəli göydələn inşa etdirib. Elə ilk böyük inşaatında dövlətdən vergi endirimi və ucuz ərazi almağı bacarıb. Maraqlısı budur ki, bu uğuru illər sonra ABŞ prezidentliyinə seçim kompaniyasında ona dəstək olub.

1975-ci ildə Tramp ən böyük uğurlarında birinin təməlini qoydu. Belə ki, illər sonra "Trump" markasını daşınmaz əmlak sahəsində önə çıxaran Nyu-Yorkdakı xaraba halında olan oteli 80 milyon dollara alıb. Bu addım onun kariyerasında yeni bir mərhələnin başlanğıcı olub. İnşaat işləri beləcə sürətlə davam etməyə başlayıb. Tramp get-gedə Nyu-Yorkdakı ən böyük "əmlak kralı" olmaq yolunda irəliləyib. O yüksəldikcə, Nyu-Yorkun da görünüşü yavaş-yavaş dəyişməyə başlayıb. İnşa etdirdiyi bütün binalara "Trump” adını verib. Təkcə 1983-cü ildə 45 mərtəbəsi olan 11 binanı inşa etdirib.

O, hava yolları şirkəti alıb və nəqliyyat sahəsində də özünü sınayıb. Hətta, "Varlı olmağınızı istəyirik” adlı bir kitab yazıb. Gənclərə necə varlı olmağın yollarını başa salıb.

O, 2012-ci ilin aprel ayında "CNN Türk"ə verdiyi açıqlamasında siyasətə gəlməyi düşünmədiyini demişdi. Amma 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində Demokratlar Partiyasının nümayəndəsi kimi namizədliyini verdi.
Və bu da son... Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçildi!








