RU
ABŞ-ın yeni səfiri Gürcüstana gəldi -
22:51
422

ABŞ-ın yeni səfiri Gürcüstana gəldi -

ABŞ-ın Gürcüstana yeni təyin olunmuş səfiri Yan Kelli xanımı Françeska ilə birgə Tiflisə gəlib.

Hava limanında jurnalistlərə açıqlamasında o, 30 ildir diplomatik fəaliyyətdə olduğunu və həmişə Gürcüstanda işləməyi arzuladığını bildirib.

“Sizə minnətdaram ki, məni hava limanında qarşılayırsınız. Mən xanımım Françeska ilə həqiqətən çox şadam ki, Tiflisə gəlmişəm və burada xidmət edəcəyəm. Gürcüstanda 39 il öncə olmuşam. Gürcücə bilmirəm, yalnız bir sözdən başqa – “qamarcoba” – deyib diplomat.

Yeni səfirin sözlərinə görə, əsas prioritetlərdən biri Gürcüstanı bütün istiqamətlər üzrə, o cümlədən NATO-ya üzvlük məsələsində dəstəkləməkdir..atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ