İndi ABŞ-ın yeni zənciləri müsəlmanlardır.
Bu sözləri amerikalı aktyor Samuel Cekson “Hollivud reporter” jurnalına müsahibəsində deyib.
“Paris qan gölünə çevrildi. ABŞ-ın San Bernardino şəhərində 14 nəfərin ölümü ilə nəticələnən terror aktı baş verdi. Bu hadisələrdən sonra müsəlmanlara qarşı ayrı-seçkilik halları artmağa başladı. Milyarder Donald Trampın müsəlmanlara qarşı irqçi çıxışı isə vəziyyəti daha da kəskinləşdirdi. Sözügedən çıxışdan sonra məscidlərə və müsəlmanlara hücumlar artmağa başladı. Hazırda amerikalıların müsəlman dostlarından şübhələnmək üçün haqlı səbəbləri var. İndi ABŞ-ın yeni zənciləri müsəlmanlardır.”, - Cekson vurğulayıb./axar
7news.az








