7NEWS.az xəbər verir ki, Grand County Şerif Ofisindən verilən açıqlamada, təyyarənin Yuta ştatının Moab şəhərinin təxminən 24 kilometr şimalındakı Kanyonlend hava limanından qalxdıqdan qısa müddət sonra dünən gecə qəzaya uğradığı açıqlandı. Açıqlamada təyyarədə olan 4 nəfərin həyatını itirdiyi bildirilib. Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının X sosial media platformasında verdiyi açıqlamada Piper PA-28-140 tipli tək mühərrikli təyyarənin qəzaya uğramasının araşdırıldığı bildirilib.
7NEWS.az








