ABŞ Maliyyə Nazirliyi Çində fəaliyyət göstərən 33 şirkəti sanksiya siyahısına daxil edib.
7NEWS.Az xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.
Bildirilib ki, bu şirkətlərin ABŞ-dan gətirilən mallardan necə istifadə edəcəyini müəyyən etmək mümkün olmadığı üçün belə bir addım atılıb.
"Bu malların qadağan olunmuş məqsədlər üçün istifadə oluna bilmə riski var”, - bəyanatda deyilir.








