7NEWS.az xəbər verir ki, dünyada davam edən şahin siyasətlər inflyasiya ilə bağlı narahatlıqları günbəgün azaltmağa kömək edir. ABŞ-da İstehlak Qiymətləri İndeksi (CPI) oktyabr ayında aylıq bazda dəyişməz qalarkən, illik bazda 3,2 faiz artıb. Gözləntilər onun aylıq 0,1 faiz, illik isə 3,3 faiz artacağı idi. Ötən ay ölkədə illik inflyasiya 3,7 faiz təşkil edib. Dəyişən enerji və ərzaq qiymətlərini əhatə etməyən əsas CPI də oktyabr ayında aylıq 0,2 faiz artıb. Bu dövrdə illik 4 faiz olan baza inflyasiyası son 2 ilin ən aşağı səviyyəsini qeyd edib.
7NEWS.az








