İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının komandanı general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsi ilə yaranan böhran genişmiqyaslı müharibəyə çevrilmədi. Bu mənada tərəflər arasında gərginliyin azaldığını söyləmək olar. Buna baxmayaraq, hər iki ölkəni müharibənin astanasına gətirən səbəblərin dəyişdiyini də hələ ki söyləmək mümkün deyil.
1. GƏRGİNLİYİN AZALMASI MÜVƏQQƏTİDİR...
Qaynarinfo xatırladır ki, Süleymaninin öldürülməsindən sonra İran qisas mənzərəsi yaratmaq üçün əlindən gələni etdi. Belə ki, cavab olaraq ABŞ-ın İraqakı bir sıra bazalarına aviasiya zərbələri endirildi. Həm kimi nə üçün vurduqlarının açıq şəkildə görünməsini istədilər, həm də raketləri öz torpaqlarından atdılar. Lakin İranın içərisində olduğu şərtlər verdiyi cavabın həm faktiki, həm də siyasi bir sıra maneələr tərəfindən məhdudlaşmasına səbəb oldu. Çox sürətli şəkildə qarşılıq vermək istəyirdilər. Tarazlıq yox idi və bir tərəfdən də müharibə başlatmaq istəmirdilər. Bu rakursdan baxdıqda, çox sayda İran rəsmisinin də dilə gətirdiyi kimi, məsələ hələ tam bitməyib. İranın Ukrayna Hava Yollarına aid sərnişin təyyarəsini vurmasını açıqlamasının da bu gərginliyi azaldan bir başqa amil olduğu deyilir. Lakin bu, doğru deyil. İranın verdiyi ilk reaksiya bu hadisəni rədd etmək oldu. Ancaq nə zaman ki ABŞ əlində bunun əksini ortaya çıxara biləcək kəşfiyyat məlumatı olduğunu açıqladı, ukraynalı tədqiqatçılar raket izi tapdı və müstəqil jurnalistlər təyyarənin vurulduğunu göstərən videonun həqiqiliyini təsdiqlədi, o zaman İranın geri addım atmaqdan başqa seçimi qalmadı. Hətta inşaat texnikalarının ərazidə təmizlik aparmağa başladığı vaxtda da İran nə olduğunu çox gözəl bilirdi. Əgər qəza ehtimalı olsaydı, səlahiyyətlilər təyyarənin qalıqlarına toxunmağa imkan verməzdilər. İranın bunu qəbul etməsinin əsas səbəbi daha çox daxili siyasətdən qaynaqlanır. Bir neçə ay öncə ölkəni korrupsiya və iqtisadiyyatın tənəzzülə uğramasına qarşı aksiyalar dalğası bürümüşdü. Dərhal sonra nümayişlərin necə canlandığına baxsaq, bunun ölkə daxilində vəziyyəti stabilləşdirmək üçün atılmış bir addım olduğunu və ABŞ-la gərginliyi azaltmağın burada əsas məqsəd olmadığını aydın görmək olar.

2. ABŞ-IN SİYASƏTİ DƏYİŞMİR...
ABŞ Süleymanini niyə öldürüdü və nə üçün Yəməndə təşkil etdiyi hava hücumu ilə ikinci bir yüksək vəzifəli İran rəsmisini öldürməyə çalışdı? İddialara görə, bəlkə də qanuni olduğunu sübut etmək üçün ABŞ-ın maraqlarına qarşı təşkil edilməsi planlaşdırılan ciddi bir hücumun qarşısının almaq məqsədi daşıyırdı. Bu iddia çoxsaylı təhlilçiləri və ABŞ prezidenti Donald Trampın Vaşinqtondakı müxaliflərini inandırmaq üçün kifayət etmədi. Bu hücumların İranın xarici siyasətini dəyişdirmək üçün olması ehtimalı daha yüksəkdir. Qısa müddət üçün bunlar keçərli ola bilər. Artıq İran gələcək manevrlərini daha diqqətli planlaşdırmalı olacaq. Eyni zamanda ABŞ prezidenti İranı bir tərəfdən məhv etməklə hədələyərkən, digər bir tərəfdən də Yaxın Şərqdən çıxmaq istədiklərini bildirir. Bunu başqalarının problemi kimi görür. Bu da açıq şəkildə daşındırıcı məqsəd güdən hər hansısa mesajın təsirini azaldacaq.
Digər bir tərəfdən ABŞ-ın İran iqtisadiyyatını zəiflətməyə davam etmə siyasəti Tehranı təslim olmuş güc kimi masaya gətirməyə kifayət etmədi. Tam əksinə, bu, İranın öz kampaniyasını genişləndirməsinə və müqavimət göstərməsinə səbəb oldu. ABŞ Tehranın gücünü zəiflətməyə və bölgədəki qaynaqlarını azaltmağa çalışır. Böyük ehtimalla da ikisini birdən əldə edə bilməz.

3. İRANIN STRATEJİ HƏDƏFLƏRİ EYNİDİR...
İran iqtisadiyyatı çökmüş və vətəndaşları da narazı ola bilər, lakin bu, inqilab rejimidir. Tehran birdən-birə əlindəki gücdən imtina etməyəcək. İran İnqilab Keşikçiləri Korpusunun ölkədə təsir gücü böyükdür. Cavabları ölkə daxilində göz açdırmamaq və ABŞ-ın təzyiqlərinə qarşılıq verməkdir. Bu da davam edəcək...
İranın strateji məqsədi ABŞ-ı bölgədən, ən azından İraqdan xaric etməkdir. Süleymaninin öldürülməsindən sonra bunun əldə edilməsi daha asan görünür.
İranlı rəsmiləri hesab edirlər ki, Tehranın siyasətində böyük uğur əldə edilib. Suriyadakı Bəşər Əsəd rejiminin xilasına və İsrailə qarşı yeni bir cəbhənin açılmasına, İraqda da təsirli bir gücə çevrilməyə nail olunub.
Trampın ziddiyətli davranışları isə bölgədəki müttəfiqlərinin özlərini tək hiss etmələrinə gətirib çıxarıb. Səudiyyəlilər Tehranla aşağı səviyyədə də olsa dialoq qurmağa çalışır, Türkiyə isə öz yolu ilə davam edir və Rusiya ilə yeni münasibətlər yaradır. Sadəcə İsrail hökuməti Süleymaninin öldürülməsinin Tramp cəbhəsində yeni bir bölgə siyasətinə işarə olduğunu düşünür. Lakin onların ümidləri puça çıxa bilər. Həm daxildəki narahatlıq, həm də iqtisadi vəziyyət İran İnqilab Keşikçiləri Korpusunun ABŞ üzərində təzyiqlərini artırmasına səbəb ola bilər.

4. İRAQIN MÖVQEYİ İLƏ BAĞLI ZİDDİYYƏTLƏR VAR...
ABŞ qüvvələrinin İraqdan çəkilməsi ilə bağlı tələblər çox güclüdür. Müvəqqəti hökumət böhran vəziyyətindədir və ölkə daxilindəki etiraz dalğası ilə məşğul olur. Çox sayda insan həm ABŞ-ın, həm də İranın varlığından narahatdır. Parlamentin qərarı da Amerika əsgələrinin ölkəni tərk etmə məsələsini gündəmin əsas mövzusuna çevirdi. Bu, qüvvələrin günü sabah ölkəni tərk edəcəkləri mənasına gəlmir, amma bölgədəki mövcudluqlarını davam etdirmələri üçün güclü bir diplomatiya yürütmələrinə ehtiyac olduğunu göstərir. Tramp əsgərlərin çəkilməsi ilə bağlı təzyiqlər artacağı təqdirdə, İraqın ABŞ banklarındakı 35 milyard dollar vəsaitinin dondurulacağını deyib. ABŞ-ın İraqdakı varlığı önəmlidir. Müttəfiqləri ilə bərabər İŞİD-ə qarşı döyüşməyə başladıqlarından bəri bunun uzunmüddətli yerləşmə olacağı düşünülürdü. İŞİD məhv edildikdən sonra da ABŞ-ın orada uzun müddət qalması gözlənilirdi.
5. NÜVƏ RAZILAŞMASI TƏHLÜKƏDƏDİR...
Bunun əsası 2018-ci ilin mayında, Tramp administrasiyanın sazişdən təktərəfli çəkilməsi ilə qoyuldu. O zamandan bəri ABŞ İran iqtisadiyyatına güclü təzyiq göstərir və İran da cavabında bölgədə öz təzyiq kampaniyasını aparır. Anlaşmanın hələ də tam bitirilməməsinin yeganə səbəbi Trampdan başqa heç kəsin bunu qəbul etməməsidir. Lakin saziş olduqca önəmlidir. Bundan əvvəl İsrailin İranın nüvə infrastrukturuna zərbə endirərək, müharibə başlatması ciddi bir risk daşıyırdı. Tehran isə digər tərəfləri bacardığı qədər masada saxlamağa çalışır. Avropanın səylərinə baxmayaraq, müqavilə hər an pozula və İran nüvə silahı istehsalına daha da yaxınlaşa bilər. Lakin nə olursa olsun, ABŞ milli siyasətinin uzaqlaşmağa çalışdığı bir dövrdə Tramp administrasiyasının fəaliyyəti ölkəni Yaxın Şərqə daha da yaxınlaşdırıb.
7News.Az








