ABŞ prezidenti Donald Tramp İran İslam İnqilabı Keşikçilər Korpusunu terror siyahısına daxil etmək barədə fikir səsləndirib.
Bu xəbər İranın çox sərt reaksiyalarına səbəb olub və başqa bir açıqlama da Rusiyadan gəlib. Kremlin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bildirib ki, Moskva ABŞ-ın bu planına müsbət yanaşmır.
Kabulov açıqlamasında deyib: "Biz buna müsbət yanaşmırıq və İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror qruplaşması olaraq görmürük".
Kabulov Vaşinqtonun bütün addımlarını İranla imzalanan nüvə müqaviləsini pozmaq üçün atdığını vurğulayıb. Rus rəsmisi bu qərarın Suriyaya da təsir edəcəyini bildirib./olke.az
7news.Az








