RU
ABŞ İraqa 800 mln. dollar dəyərində raket satacaq
01:25
254

ABŞ İraqa 800 mln. dollar dəyərində raket satacaq

ABŞ Dövlət Departamenti  800 mln. dollar dəyərində  “AGM-114 Hellfire”  “hava-yer” tipli raketlərin və “CATM” tipli təlim raketlərinin İraqa satışına icazə verib.  

 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Müdafiə Əməkdaşlığı  və Təhlükəsizlik Agentliyinin saytında dərc edilmiş məlumatda bildirilir.
 
Məlumata görə, bundan bir müddət əvvəl İraq 5 min raketin satışına dair ABŞ-a müraciət edib.  
 
Bu sövdələşmənin İŞİD terror qruplaşması ilə mübarizənin gücləndirilməsinə imkan verəcəyi qeyd olunur.   
 
İraq ABŞ-dan bu tip raketlər daha əvvəl əldə edib və onlardan istifadə zamanı heç bir problemlə üzləşməyəcəyi bildirilir.
 
“Raketlərin İraqa tədarükü regionda hərbi güc balansını pozmayacaq”, deyə press-relizdə bildirilir.   
 
7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ