RU
ABŞ İŞİD-in silah anbarını bombalayıb
01:00
957

ABŞ İŞİD-in silah anbarını bombalayıb

ABŞ B-52 bombardmançı təyyarələri ilə ilk dəfə İraqdakı İŞİD mövqelərinə zərbə endirib.
 
Pentaqondan verilən açıqlamaya görə, ABŞ hərbi hava qüvvələrinin əsas hədəfi ölkənin şimalındakı silah anbarı olub.
 
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarələr Qətərdəki aviabazadan havaya qalxıblar. Təyyarələr həmin aviabazaya aprel ayının əvvəlində gətirilib.
 
Son dəfə B-52 təyyarələri Yaxın Şərqdə 1991-ci ildə “Səhrada tufan” əməliyyatı zamanı istifadə olunub. Bu təyyarələr artıq 60 ildir ki, ABŞ silahlı qüvvələrinin istifadəsindədir./musavat
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ